Yuxarı

“Yaradıcı həyatın anları” kitabı 2 dildə nəşr olunub

Kitab Vasif Adıgözəlovun 80 illik yubileyinə həsr edilib

Bakı. 9 mart. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə görkəmli bəstəkar Vasif Adıgözəlovun 80 illik yubileyinə həsr edilən “Yaradıcı həyatın anları” fotoalbomu adlı kitab çap olunub.

"Report" xəbər verir ki, kitab Azərbaycan və rus dillərində işıq üzü görüb.

Kitabda Vasif Adıgözəlovun həyat və yaradıcılığı haqqında məlumat sözlərlə və Y.Adıgözəlovun şəxsi arxivindən istifadə olunmuş fotolarla əks olunub.

“Efendi Publishing House” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çapı başa çatdırılmış kitab nazirliyin tabeçiliyində olan kütləvi kitabxanalara və digər aidiyyəti qurumlara paylanılacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi