"Report"un Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, tədbiri Mərkəzi Zabitlər Evinin mədəni-bədii iş bölməsinin rəhbəri Gülxar Məmmədova açıb.
O, yazıçının geniş diapazonlu yaradıcılığından, onun əsərlərinin mahiyyətindən, obrazlar dünyasından, yaratdığı zəngin xarakterlərdən söz açıb.
Söhbət formatında qurulan görüşdə yazıçı özünün həyat və yaradıcılığından, müharibə və ədəbiyyatın qarşılıqlı münasibətindən, gənc nəslin intellektinin yüksəldilməsi yollarından danışıb. Yazıçı ona ünvanlanan suallara da ətraflı cavab verib.
Görüşün sonunda Hərbi Dəniz Qüvvələri komandanı vəzifəsini icra edən birinci dərəcəli kapitan Şahin Məmmədov görüşə dəvəti qəbul edib gəldiyinə görə xalq yazıçısı Çingiz Abdullayevə təşəkkür edərək, ona yaradıcılıq uğurları arzulayıb və hərbi kollektiv adından hədiyyə təqdim edib.