Xalq yazıçısı Çingiz Abdullayevlə prokurorluq əməkdaşları arasında Baş Prokurorluqda görüş keçirilib.
Bu barədə "Report" Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən xəbər verir.
Görkəmli yazıçı prokurorluq əməkdaşlarının suallarını cavablandırıb, onlarla öz xatirələrini bölüşüb.
Səmimi görüşdən sonra dahi yazıçı müəllifi olduğu kitabları prokurorluq əməkdaşları üçün imzalayıb.