Vidadi Babanlının şəxsi fondu yaradılacaq

Vidadi Babanlının şəxsi fondu yaradılacaq Bu gün əməkdar incəsənət xadiminin ad günüdür
Ədəbiyyat
2852
5 Yanvar , 2015 18:37
Vidadi Babanlının şəxsi fondu yaradılacaq

Bakı. 5 yanvar. REPORT.AZ/ Bu gün nasir, şair, əməkdar incənət xadimi Vidadi Babanlının şəxsi arxivinin bir hissəsi S. Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə qəbul edilib. Bu barədə "Report"a Milli Dövlət Arxivindən məlumat verilib. 

Məlumata görə, sənədlər arasında onun əlyazmaları daha çox maraq cəlb edir. 1947-ci ildə sovet dövründə "Azərbaycan gəncləri" qəzetində dərc olunan "Anam sən oldun" şeiri ilə adəbi yaradıcılığa başlayan V.Babanlı o dövrün mətbuat səhifələrində "Vidadi Şıxlı" təxəllüsü ilə şeir və poemalarını dərc etdirib, "Gəlin" povesti ilə nəsr yaradıcılığına başlayıb.

Qəbul olunmuş sənədlər arasında ədibin hekayə, oçerk, povest, roman, publisist məqalələri, kinossenarilər və s. janrlarda yazdığı əlyazmalar var. Təsviri sənədlər içərisində V.Babanlının İ.Şıxlı, S.Vurğun, Ə.Cəmil, İ.Əfəndiyev, B.Azəroğlu və onlarla tanınmış yaradıcı insanlarla birlikdə foto şəkilləri yer alıb.

Sənədlər arxiv qaydalarına uyğun olaraq, ekspertizadan keçirilib, elmi-texniki cəhətdən işlənildikdən sonra elmi siyahısı tərtib edilərək, V.Babanlının şəxsi fondu yaradılacaq. 

Qeyd edək ki, V.Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun Şıxlı kəndində anadan olub.

Son xəbərlər

Orphus sistemi