Vaqif Səmədoğlunun "Sandıq Şeirləri" adlı kitabı çap edilib

Vaqif Səmədoğlunun "Sandıq Şeirləri" adlı kitabı çap edilib Yeni kitaba mərhum şairin indiyədək çap edilməyən şeirləri daxil edilib
Ədəbiyyat
1632
25 May , 2016 14:28
Vaqif Səmədoğlunun Sandıq Şeirləri adlı kitabı çap edilib

Bakı. 25 may. REPORT.AZ/ Görkəmli Azərbaycan şairi Vaqif Səmədoğlunun yeni şeirlər kitabı çapdan çıxıb.

Bu barədə "Report"a Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza məlumat verib.

"Sandıq şeirləri" kitabına V.Səmədoğlunun heç vaxt çap edilməyən şeirləri daxil edilib. 216 səhifəlik kitab AYB kitab layihəsi çərçivəsində işıq üzü görüb.

Onun sözlərinə görə, yeni kitab VI Şairlər Günü münasibətilə çapdan çıxıb. Kitabın təqdimat mərasimi iyunun 5-də Şairlər Günündə Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

"Sandıq şeirləri"ni toplayan, tərtib edən Vaqif Səmədoğlunun xanımı Nüşabə Vəkilovadır.

Kitabın ön söz müəllifi Xəyal Rzadır. 

Son xəbərlər

Orphus sistemi