TÜRKSOY 2018-ci ili Çingiz Aytmatov ili elan edib

TÜRKSOY 2018-ci ili Çingiz Aytmatov ili elan edib Bakı. 7 dekabr. REPORT.AZ/ Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Qazaxıstanın Türkistan şəhərində keçirilən 35-ci iclasının yekununda 2018-ci ili Çingiz Aytmatov ili elan edib.
Ədəbiyyat
7 Dekabr , 2017 11:21
TÜRKSOY 2018-ci ili Çingiz Aytmatov ili elan edib

Bakı. 7 dekabr. REPORT.AZ/ Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Qazaxıstanın Türkistan şəhərində keçirilən 35-ci iclasının yekununda 2018-ci ili Çingiz Aytmatov ili elan edib.

"Report" xəbər verir ki, bu barədə Qazaxıstanın Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 2018-ci ildə yazıçının anadan olmasının 90 illiyi qeyd olunacaq.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Türkiyəni birləşdirir. TÜRKSOY türk xalqlarının ümumi maddi və mədəni abidələrinin qorunması, inkişafı və gələcək nəslə ötürülməsi üçün türk xalqları arasında əməkdaşlığın inkişaf etdirilməsini qarşıya əsas məqsəd qoyub.

Son xəbərlər

Orphus sistemi