Türk dünyasının nağılları 35 cilddə nəşr olunub

Türk dünyasının nağılları 35 cilddə nəşr olunub Yücel Feyzioğlu 32 il araşdırma aparıb
Ədəbiyyat
17 Noyabr , 2015 19:58
Türk dünyasının nağılları 35 cilddə nəşr olunub

Bakı. 17 noyabr. REPORT.AZ/ Türkiyəli yazıçı Yücel Feyzioğlu Türk dünyasını əhatə edən nağılları araşdıraraq 35 cildlik kitab yazıb.

Bu barədə "Report" "TRT Avaz" telekanalına istinadən məlumat verir.

Məlumatda bildirilir ki, həyatını nağılların araşdırılmasına həsr edən yazar 32 il boynca Mesopotomiya, Orta Asiya və Anadolunun nağıllarını araşdırıb.

Yazıçı 3 min illik tarixə sahib Türk dünyasının nağıllarını 35 cilddə yazıb.

Y.Feyzioğlu bildirib ki, "Qrim qardaşları" nağıllarının sayı 263, "Anderson nağılları"nın sayı 156, onun Türk dünyasından topladığı nağılların sayı isə 2 mindir.

Yazıçı milli nağıl qəhrəmanlarının adını gündəmə gətirməklə uşaqlarda tarixə bağlılıq yaratmaq arzusundadır. 

Son xəbərlər

Orphus sistemi