"Təbrizin sehirli nağılları" kitabının təqdimatı olub

"Təbrizin sehirli nağılları" kitabının təqdimatı olub Kitab "Paşa Həyat Sığorta" ASC və BP şirkətinin dəstəyi ilə işıq üzü görüb
Ədəbiyyat
5 Dekabr , 2014 20:07
Təbrizin sehirli nağılları kitabının təqdimatı olub
Bakı. 5 dekabr. REPORT.AZ/ Bu gün "Təbrizin sehirli nağılları" kitabının təqdimat mərasimi keçirilib. "Report"un məlumatına görə, tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev və başqaları iştirak edib.

V.Əliyev bildirib ki, kitabda Azərbaycanın tətbiqi sənətinə geniş yer verilib: "Bu kitabı tariximizi, mədəniyyətimizi dünyada tanıtdırmaq baxımından atılan növbəti uğurlu addımlardan biridir".

BP şirkətinin regional direktoru Qordon Birrel vurğulayıb ki, şirkət təkcə neft-qazla bağlı layihələr həyata keçirmir: "Biz həm də rəssamlıq, poeziya, mədəniyyət və incəsənət sahələri üzrə layihələrə dəstək veririk. Bundan əvvəl də bir neçə kitab buraxılıb".

Mərasim muğam ifaçılarının konserti ilə davam edib.

Qeyd edək ki, "Təbrizin sehrli nağılları" kitabı Mədəniyyət və Turizm Nazirliyinin "İrs" silsiləsi layihəsi çərçivəsində "Paşa Həyat Sığorta" ASC və BP şirkətinin dəstəyi ilə işıq üzü görüb.

Son xəbərlər

Orphus sistemi