Stiven Kinq oğlu ilə birlikdə roman yazıb

Stiven Kinq oğlu ilə birlikdə roman yazıb Əsər mayın sonu - iyunun əvvəllərində Nyu-Yorkda keçiriləcək ən böyük kitab sərgisi olan "BookExpo"da oxucuların ixtiyarına veriləcək
Ədəbiyyat
100
8 Fevral , 2017 10:26
Stiven Kinq oğlu ilə birlikdə roman yazıb

Bakı. 8 fevral. REPORT.AZ/ Dünyaca məşhur amerikalı yazıçı Stiven Kinq və oğlu Ouen qələmə aldıqları "Yatmış gözəllər" adlı ilk birgə kitablarını təqdim edəcəklər.

"Report" TASS-a istinadən xəbər verir ki, əsər mayın sonu - iyunun əvvəllərində Nyu-Yorkda keçiriləcək ən böyük kitab sərgisi olan "BookExpo"da oxucuların ixtiyarına veriləcək. 

Sərginin icraçı direktoru Brayan Makdonald bildirib ki, məşhur ədəbiyyatçılarla belə görüşlər yeni kitablar haqqında maraqlanan və ən məşhur müəlliflərlə ünsiyyət qurmaqda maraqlı olan minlərlə insanı cəlb edir.

Qeyd edək ki, 69 yaşlı S.Kinq 50-dən çox romanın müəllifidir. Onun əsərləri təxminən 350 milyon nüsxə satılıb.

Son xəbərlər

Orphus sistemi