Yuxarı

Şair İlyas Tapdıq ev şəraitində müalicə olunur

Özümü nə yaxşı, nə də çox pis hiss edirəm

Bakı. 8 iyun. REPORT.AZ/ Azərbaycanın tanınmış şairi İlyas Tapdıq ev şəraitində müalicə olunur. 

Bu barədə "Report"a məlumat verən İlyas Tapdıq bütün "günahlar"ın qocalıqda olduğunu deyib.

Şair bildirib ki, hazırda səhhəti yaxşıdır: "İndi evdəyəm. Müalicələrim davam edir. Özümü nə yaxşı, nə də çox pis hiss edirəm. Yaş 80-i keçdikdən sonra bütün problemlər başlayır. Hamısı qocalıqdandır. Dostlar tez-tez zəng edir, əhvalımla maraqlanırlar". 

Qeyd edək ki, İ.Tapdıq 1934-cü ildə anadan olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi