Bakı. 5 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda AYB-nin gənclər üzrə katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin "Çiyələk qadın" adlı sevgi şeirləri kitabının təqdimat mərasimi keçirilib. "Report"un xəbərinə görə, təqdimat mərasimində AYB-nin mətbuat katibi Xəyal Rza, tənqidçi Əsəd Cahangir və "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs çıxış ediblər.
Ə.Cahangir deyib ki, Rəşad Məcid heç vaxt yazmaq xətrinə yazmır: "Ona görə də az yazır. Çoxluq olanda həqiqi istedadlar da həmin çoxluqda batırlar".
Təqdimat mərasimində müəllif özü də çıxış edib.