Professor Qəzənfər Paşayevin yeni kitablarının təqdimatı keçirilib  

Professor Qəzənfər Paşayevin yeni kitablarının təqdimatı keçirilib   Kitablar müəllifin yaradıcılığının müəyyən dönəmlərini əks etdirmək baxımından əlamətdardır
Ədəbiyyat
30 Mart , 2016 17:58
Professor Qəzənfər Paşayevin yeni kitablarının təqdimatı keçirilib  

Bakı. 30 mart. REPORT.AZ/ Tanınmış ədəbiyyatşünas-alim, professor Qəzənfər Paşayevin "Əta Tərzibaşının folklorşünaslıq fəaliyyəti" və "Ədəbi məktublar" adlı yeni kitablarının təqdimatı keçirilib.

Bu barədə "Report"a AYB-nin mətbuat xidmətindən məlumat verilib.

"Əta Tərzibaşının folklorşünaslıq fəaliyyəti" və "Ədəbi məktublar" adlı kitablar müəllifin yaradıcılığının müəyyən dönəmlərini əks etdirmək baxımından əlamətdardır.

Birinci kitabda oxucular böyük türkmən alimi Əta Tərzibaşının folklor fəaliyyəti ilə tanış olur, xüsusilə İraq türklərinin keçmişini, ədəbiyyatını və qismən də həyat tərzini öyrənir, nəticədə "Əta Tərzibaşının folklorşünaslıq fəaliyyəti" iki türk xalqı arasında körpü rolu oynayan mədəni əhəmiyyətli bir əsər kimi öz yerini tutur. 

"Ədəbi məktublar"da isə tanınmış yazıçılara, alimlərə, söz və qələm adamlarına ünvanlanmış, onların yaradıcılığına işıq tutan bir-birindən maraqlı məktublar yer alıb.

Son xəbərlər

Orphus sistemi