Elşən Rüstəmovun “Qurdoğlu” tarixi romanı işıq üzü görüb. Əsər Qurdoğlular ailəsinin iki əsrlik tarixinin timsalında Azərbaycan tarixinin mühüm dövrlərindən bəhs edir.
"Report" xəbər verir ki, roman oxucunu XIX əsrin əvvəllərindən Azərbaycan və regionun taleyüklü hadisələrinin şahidi olmuş nəslin həyatına qərq edir.
Kitab Qacarlar dövrü, Çar Rusiyası, sovet hakimiyyəti illərindən müasir dövrə qədər olan tarixi dövrü əhatə edir.
Romanda nəslin banisi İlyas Qurdoğlunun və onun nəslinin həyatından bəhs edilsə də, bu, təkcə bir ailənin hekayəsi deyil, həm də Azərbaycan xalqının son iki əsrdə keçdiyi mürəkkəb yoldur.
Kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyinin (ADDIM) həyata keçirdiyi "Tarixi irs: "Qurdoğlu" romanının nəşri" layihəsi çərçivəsində nəşr edilib.
Layihə Qərbi Azərbaycana qayıdış konsepsiyası çərçivəsində dəstəklənib. "Qurdoğlu" romanı tarixi yaddaşın qorunmasında və gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır.