Yuxarı
    Bağlamaq

    Özbəkistan nümayəndə heyəti Tərcümə Mərkəzində olub

    Görüşdə bir sıra məsələlər müzakirə olunub

    Bakı. 1 iyun. REPORT.AZ/ Özbəkistanın xalq şairi Camal Kamal, tanınmış şairlər Şöhrət Salamov və Akif Azalp, Əlişir Nəvai adına Daşkənd Dövlət Universitetinin professorları Gülbahar Aşurova, Roza Niyazmetova və AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan–Türkmənistan–Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvidən ibarət nümayəndə heyəti Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olublar.

    Mərkəzdən "Report"a verilən məlumata görə, görüş zamanı müxtəlif dövrlərdə mərkəz tərəfindən tərcümə və nəşr edilmiş Əmriddin Berdimuradov, Məmmədəli Mahmudov, Rauf Pərvi, Məhəmməd Saleh kimi tanınmış Özbəkistan ədiblərinin əsərlərindən söhbət açılıb. 

    Sonra Nizami Gəncəvinin özbək şairi Camal Kamal tərəfindən özbək dilinə tərcümə edilən əsərlərinin Daşkənddə nəşri, həmçinin Azərbaycan–Özbəkistan ədəbiyyatları arasında mübadilələrin davamı olacaq digər layihələr müzakirə olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi