“Oxu Günü” aksiyası keçiriləcək

“Oxu Günü” aksiyası keçiriləcək Məqsəd mütaliəyə diqqəti artırmaqdır
Ədəbiyyat
20 Aprel , 2015 13:41
“Oxu Günü” aksiyası keçiriləcək

Bakı. 20 aprel. REPORT.AZ/ Mütaliəyə diqqətin artırılması məqsədilə aprelin 25-də “Oxu Günü” adlı aksiya keçiriləcək.

"Report" xəbər verir ki, layihənin ideya müəllifi və rəhbəri dosent Şəmil Sadiqdir.

Təhsli Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti və "Hədəf Nəşrləri" MMC-nin təşkilatçılığı ilə həyata keçirilən “Oxu Günü” layihəsinə Azərbaycan Yazıçılar Birliyi, Nərimanov rayon gənclər və İdman İdarəsi, Nərimanov rayon YAP Gənclər Birliyi, Medika Hospital, Hədəf Kursları, Kitabevim.az kitab mağazaları şəbəkəsi, İctimai Televiziya və Radio Yayımları Şirkəti, Senet.az ədəbiyyat və sənət dərgisi kimi təşkilatlar da dəstək verir.

Məqsəd ədəbiyyata marağı olan hər kəsdə kitab bayramı abu-havası yaratmaqdır. Belə bir layihəni həyata keçirməkdə məqsəd yeniyetmə və gənclər arasında oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliəyə marağı daha da artırmaq, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır.

Qeyd edək ki, gələcəkdə Azərbaycanın bütün bölgələrində həyata keçirilməsi nəzərdə tutulan “OxuGünü” layihəsi bu il ilk dəfə olaraq Bakı şəhərində reallaşacaq.

Son xəbərlər

Orphus sistemi