“Nizami Gəncəvi. Xəmsə” kitabının təqdimatı keçirilib

“Nizami Gəncəvi. Xəmsə” kitabının təqdimatı keçirilib Azərbaycan Milli Kitabxanasında “Nizami Gəncəvi.Xəmsə” kitabının təqdimat mərasimi keçirilib.
Ədəbiyyat
100
27 Dekabr , 2021 18:47
“Nizami Gəncəvi. Xəmsə” kitabının təqdimatı keçirilib

Azərbaycan Milli Kitabxanasında “Nizami Gəncəvi.Xəmsə” kitabının təqdimat mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbirdə mədəniyyət naziri Anar Kərimov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, deputat Qənirə Paşayeva, Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, tanınmış elm, ədəbiyyat xadimləri və hökumət rəsmiləri iştirak ediblər.

Mərasimi K.Tahirov açaraq bildirib ki, "Nizami Gəncəvi İli" ilə əlaqədar yüzlərlə kitab çap edilib: "Hər çap olunan kitab nəsildən-nəsilə yadigardır. Onlar gələcək nəsillərə mirasdır. Nizaminin 50-dən çox ölkədən gətirilən 156 əlyazması tədqiqatçılar üçün qaynaq olacaq".

A.Kərimov deyib ki, artıq "Nizami Gəncəvi İli" yekunlaşmaq üzrədir: "İl ərzində Azərbaycanda və dünyada Nizami bayramı yaşandı. Bu il keçirdiyimiz tədbirlərin ana xətti Nizami Gəncəvi olub. Biz bu şəxsiyyətlərimizlə ölkəmizi, mədəniyyətimizi tanıdırıq. Builki tədbirlərimizdə Nizaminin təkcə şairliyini yox, həm də şəxsiyyət olduğunu çatdırmağa çalışdıq. Həmçinin onun Azərbaycana yox, həm də dünyaya verdiyi töhfələrdən danışıldı".

Nazir vurğulayıb ki, nəşr Mədəniyyət Nazirliyinin sifarişi əsasında ilk dəfə yayımlanır: "Kitab Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında çəkilmiş qədim miniatürləri özündə əks etdirir".

Eyni zamanda tədbirdə dahi mütəfəkkirlə bağlı kitablardan ibarət sərgi də təşkil edilib.

Qeyd edək ki, kitab Prezident İlham Əliyevin "Azərbaycanda 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” sərəncamına əsasən dahi şair və mütəfəkkirin ədəbi-mədəni irsinin tədqiqi və təbliği məqsədilə nəşr olunub.

Son xəbərlər

Orphus sistemi