Naxçıvanda Məmməd Araza həsr olunan tədbir keçirilib

Naxçıvanda Məmməd Araza həsr olunan tədbir keçirilib Xalq şairi Məmməd Arazın anadan olmasının 91 illiyi münasibətilə şairin Ev Muzeyində tədbir keçirilib.
Ədəbiyyat
14 Oktyabr , 2024 17:17
Naxçıvanda Məmməd Araza həsr olunan tədbir keçirilib

Xalq şairi Məmməd Arazın anadan olmasının 91 illiyi münasibətilə şairin Ev Muzeyində tədbir keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, Xalq şairi Məmməd Arazın anadan olmasının 91 illiyi münasibətilə şairin Şahbuz rayonunun Nursu kəndindəki Ev Muzeyində tədbir təşkil olunub.

Tədbirdə tanınmış ziyalıların, həmçinin yaxın qohumlarının Məmməd Arazın həyat və yaradıcılığı haqda çıxışları dinlənilib. Natiqlər Məmməd Arazı əbədi yaşamaq haqqı qazanan qüdrətli şair, publisist, filosof və layiqli vətəndaş kimi dəyərləndıriblər.

Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Universiteti (NDU) Tarix-filologiya fakültəsinin tələbələrinin və Nursu kənd orta məktəbinin şagirdlərinin ifasında bədii kompozisiya təqdim olunub.

Sonda muzeyin ekspozisiyasına baxış keçirilib.

Son xəbərlər

Orphus sistemi