​Naxçıvanda Eynəli bəy Sultanovun yubileyi qeyd olunacaq

​Naxçıvanda Eynəli bəy Sultanovun yubileyi qeyd olunacaq O, Naxçıvanda ilk kitabxana və mətbəəni yaradıcısıdır
Ədəbiyyat
325
15 Fevral , 2016 22:25
​Naxçıvanda Eynəli bəy Sultanovun yubileyi qeyd olunacaq

Bakı. 15 fevral. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında yazıçı-publisist və pedaqoq Eynəli bəy Sultanovun 150 illik yubileyi qeyd olunacaq.

“Report”un xəbərinə görə, bununla bağlı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.

Sərəncamla “Eynəli bəy Sultanovun 150 illik yubileyinin keçirilməsi üzrə Tədbirlər Planı” təsdiq edilib.

Qeyd edək ki, o, 1866-cı ildə Naxçıvanda anadan olub. Eynəli bəy Sultanov ilk təhsilini buradakı qəza məktəbində alıb, sonra İrəvan kişi gimnaziyasında oxuyub. Qarsda, İrəvanda və Tiflisdə müxtəlif vəzifələrdə çalışıb, “Tiflis Müsəlman Xeyriyyə Cəmiyyəti”ndə və Zaqafqaziya Maliyyə Komissarlığında işləyib. “Kaspi” qəzetinin İrəvan və Naxçıvan üzrə xüsusi müxbiri, “Kavkazskaya kommuna” qəzetinin redaktoru, “İşıq yolu” qəzetinin məsul katibi işləyib. Eynəli bəy Sultanov Naxçıvanda ilk kitabxana və mətbəəni, 1882-1883-cü illərdə “Ziyalı məclisi” və “Müsəlman dram incəsənəti cəmiyyəti” ədəbi-mədəni mərkəzlərini yaradıb, qabaqcıl fikirli gəncləri öz ətrafına toplayaraq 1883-cü ildə Naxçıvan teatrının yaranmasında yaxından iştirak edib.

Son xəbərlər

Orphus sistemi