Bakı. 27 noyabr. REPORT.AZ/ Noyabrın 28-də Moskva şəhərindəki Rusiya Milli Mərkəzi Kitabxanasının yeni binasında xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anarın yaradıcılıq gecəsi keçiriləcək. "Report" xəbər verir ki, bu barədə Rusiyanın krupaspb.ru portalı məlumat yayıb.
Yaradıcılıq gecəsində Azərbaycan Milli Məclisinin deputatları və Rusiya parlamentinin nümayəndələri də iştirak edəcək.
Qeyd edək ki, bir müddət əvvəl xalq yazıçısı Anarla Moskvanın Mərkəzi Ədiblər Evində görüş olub.