Moskvada “Lermontov dövrü. Azərbaycan mədəniyyətində böyük şair” adlı sərgi keçiriləcək

Moskvada “Lermontov dövrü. Azərbaycan mədəniyyətində böyük şair” adlı sərgi keçiriləcək Yanvarın 24-də Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisiin (XTNS) “Azərbaycan” pavilyonunda Mixail Lermontovun 210 illik yubileyinə həsr olunmuş “Lermontov dövrü. Azərbaycan mədəniyyətində böyük şair” adlı sərgini
Ədəbiyyat
17 Yanvar , 2024 19:46
Moskvada “Lermontov dövrü. Azərbaycan mədəniyyətində böyük şair” adlı sərgi keçiriləcək

Yanvarın 24-də Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda Mixail Lermontovun 210 illik yubileyinə həsr olunmuş “Lermontov dövrü. Azərbaycan mədəniyyətində böyük şair” adlı sərginin təntənəli açılışı olacaq.

“Report”un Rusiya bürosunun məlumatına görə, sərgi Azərbaycan pavilyonunun rəhbərliyi tərəfindən təşkil olunub.

Ziyarətçilərə ilk dəfə olaraq şairin “Lermontov dövrü” Regional İctimai Təşkilatının və şəxsi kolleksiyaçının səyləri ilə ABŞ-dan Rusiyaya qaytarılan, əvvəllər məlum olmayan portreti təqdim olunacaq.

“İmprovizasiya” xüsusi multimedia zalının ekspozisiyasında qonaqlara M.A.Vrubelin illüstrasiyaları əsasında kağız və parça üzərində müəllif oymaları və Lermontovun əsərlərinin qəhrəmanlarına həsr olunmuş bədii əşyalar təqdim olunacaq.

Lermontovun “Aşıq Qərib” xalq nağılının Azərbaycan variantı əsasında yazdığı eyniadlı nağılının illüstrasiyalarından ibarət unikal art-obyekt improvizasiya zalına xüsusi rəng qatacaq.

Həmçinin “Lermontov dövrü” sərgisinin keçiriləcəyi zalda 19-cu əsrin ilk 30-35 ilinin ədəbi salonunun interyerləri qurulub, orada dövrün mebelləri, Lermontovlar ailəsi üzvlərinin portretlərinin surətləri və şair tərəfindən hazırlanmış peyzajlar, 19-cu əsrin litoqrafiyaları və kitabları, tarixi moda bərpaedicisi Yelena Potapova tərəfindən hazırlanmış Lermontov ailəsinin üzvlərinin geyimlərinin stilizasiyası təqdim olunacaq.

Rusiyanın xalq rəssamı, dünya şöhrətli heykəltaraş A.N.Burqanovun rus ədəbiyyatının klassikinə həsr olunmuş ekspozisiyaları da ziyarətçilərə xüsusi hədiyyə olacaq.

Son xəbərlər

Orphus sistemi