Milli Kitabxanada "Nəriman Həsənzadə-85" adlı kitab sərgisi açılıb

Milli Kitabxanada "Nəriman Həsənzadə-85" adlı kitab sərgisi açılıb Sərgi, görkəmli şairin yubileyi münasibətilə təşkil edilib
Ədəbiyyat
17 Fevral , 2016 21:25
Milli Kitabxanada Nəriman Həsənzadə-85 adlı kitab sərgisi açılıb

Bakı. 17 fevral. REPORT.AZ/ M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında Azərbaycanın əməkdar incəsənət xadimi, xalq şairi, "İlin şairi" mükafatı laureatı şair-dramaturq Nəriman Əliməmməd oğlu Həsənzadənin anadan olmasının 85 illiyi münasibətilə “Nəriman Həsənzadə-85” adlı kitab sərgisi açılıb.

"Report" xəbər verir ki, sərgidə şairin Azərbaycan və xarici dillərdə çap olunmuş əsərləri, redaktoru olduğu kitablar, şair haqqında yazılmış kitablar, görkəmli şəxslərin şair haqqında söylədikləri fikirlər, dövri mətbuat materialları sərgilənir.

Qeyd edək ki, fevralın 18-də xalq şairi Nəriman Həsənzadənin 85 yaşı tamam olur. 

Son xəbərlər

Orphus sistemi