Mənzərə Sadıqovanın “Qadınlar və kişilər” adlı yeni kitabı çapdan çıxıb

Mənzərə Sadıqovanın “Qadınlar və kişilər” adlı yeni kitabı çapdan çıxıb Kitabda müəllifin bir sıra hekayələri və “Üçbucaqda gedişlər” adlı povesti yer alıb
Ədəbiyyat
2 Dekabr , 2014 11:10
Mənzərə Sadıqovanın “Qadınlar və kişilər” adlı yeni kitabı çapdan çıxıb

Bakı. 2 dekabr. REPORT.AZ/ Yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Mənzərə Sadıqovanın “Qadınlar və kişilər” adlı yeni kitabı çapdan çıxıb. “Report”un xəbərinə görə, kitabda müəllifin internet saytlarında yayımlanmış bir sıra hekayələri və “Üçbucaqda gedişlər” adlı povesti yer alıb.

Mənzərə Sadıqova orijinal həyat əhvalatlarını, müasirlərimizin yaşam tərzində, dünyagörüşündə baş verən dəyişiklikləri ustalıqla qələmə alıb. Əsərlərin hamısında XXI əsr İnsanının yaşantıları, psixoloji təlatümləri oxucunu həyəcanlandırır. Yazıçı hisslərin zəngin çalarlı palitrasına, qadın-kişi münasibətlərinə fərqli bucaqdan işıq salır. Dramatik süjet xətti, qəhrəmanların təsvirində insan ruhunun dərinliklərinə enmə oxucunu öz cazibə dairəsində saxlayır. Hadisələrin gedişində üzə çıxan ibrətamiz qarşılaşdırmalar oxucunu bir növ yuxudan oyadır, yada salır ki, insan nə qədər müasirləşsə də, öz soy-kökünü unutmamalıdır.

Son xəbərlər

Orphus sistemi