Yuxarı
    Bağlamaq

    ​Lüksemburqda Nizami Gəncəvinin 875 illiyi münasibəti ilə anım mərasimi keçirilib

    Tədbirdə səfirlər də iştirak edib

    Bakı. 27 iyun. REPORT.AZ/Lüksemburq şəhərində böyük Azərbaycan mütəfəkkiri və şairi Nizami Gəncəvinin 875 illiyi münasibətilə anım tədbiri keçirilib.

    Bu barədə "Report"a Azərbaycanın Belçikadakı səfirliyindən məlumat verilib.

    Tədbir Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi, Rusiya Federasiyasının Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi və Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Mədəniyyət Cəmiyyətinin təşəbbüsü ilə keçirilib.

    Səfir Fuad İsgəndərov bir tərəfdən Avropa İttifaqının üzvü olan Lüksemburqun, digər tərəfdən isə Rusiya səfirliyinin ərazisində dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin ucalmasının rəmzi məna daşıdığını bildirib və bunu Azərbaycanın həm Rusiya, həm də Avropa xalqları ilə dostluğunun nümunəsi kimi səciyyələndirib.

    Rusiya Federasiyasının Səfiri Viktor Sorokin ilk öncə Nizami Gəncəvinin yaradıcılığından şer oxuyub. O, Rusiya və Azərbaycan arasında bütün sahələr üzrə əməkdaşlığın inkişafı barədə danışıb, Azərbaycanda rus dili və mədəniyyətinə göstərilən hörmətdən bəhs edib və bu faktın Rusiya tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

    Tədbirdə Lüksemburqda yaşayan Azərbaycan diasporunun üzvləri və Lüksemburq-Azərbaycan Ticarət Palatasının nümayəndələri iştirak ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi