Leyla Əliyevanın şeiri Çin dilində səsləndirilib

Leyla Əliyevanın şeiri Çin dilində səsləndirilib Tədbirdə Çin dili və mədəniyyəti mərkəzinin direktoru Rafiq Abbasov Leyla Əliyevanın şeirlərini Çin dilində söyləyib
Ədəbiyyat
28 Oktyabr , 2014 14:06
Leyla Əliyevanın şeiri Çin dilində səsləndirilib

Bakı. 28 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Çin dili və mədəniyyəti mərkəzi və ADU-nun İnformasiya Resurs Kompleksinin (İRK) Əcnəbi xalqlar folklor mərkəzinin təşkilatçılığı ilə "Klassik Çin Poeziyası" ədəbi-bədii gecəsi keçirilib.

ADU-nun ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a bildirilib ki, tədbirdə çıxış edənlər Çin poeziyasının unikal mənəvi dünyası, müxtəlif sülalələrin dövründə Çin poetik yaradıcılığının inkişaf xüsusiyyətləri haqqında məlumat verib.

Tədbirdə Çin dili və mədəniyyəti mərkəzinin direktoru, dosent Rafiq Abbasov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Yay”, “Əgər ulduzlar pilləkənlərə çevrilsə idi”, “Zaman” şeirlərini Çin dilində söyləyib.

Tədbirin sonunda Xan və Tan sülaləsinin dövründə Çin poeziyasının görkəmli nümayəndələrinin həyat və yaradıcılıqlarından bəhs edən filmlər nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi