​Kamal Abdullayev İtaliyada mükafata layiq görülüb

​Kamal Abdullayev İtaliyada mükafata layiq görülüb “Scanno”ya layiq görülmüş şəxslər arasında İtaliyanın sabiq baş naziri Romano Prodinin də adı var
Ədəbiyyat
21 Sentyabr , 2015 20:05
​Kamal Abdullayev İtaliyada mükafata layiq görülüb

Bakı. 21 sentyabr. REPORT.AZ/ İtaliyanın L’Aquila şəhərində Tanturri Fondunun təsis etdiyi məşhur 42-ci “Scanno” mükafatının təqdimat mərasimi keçirilib.

"Report"un məlumatına görə, Azərbaycan yazıçısı, akademik Kamal Abdullayev da italiyalı oxucular tərəfindən böyük maraqla qarşılanan “Yarımçıq əlyazma” romanına görə bu ölkədə ən prestijli mükafatlardan sayılan ədəbiyyat üzrə xüsusi “Scanno” mükafatına layiq görülüb.

Qeyd edək ki, 1972-ci ildə italiyalı yazıçı, jurnalist Rikkardo Tanturri de Horatio tərəfindən təsis olunmuş “Scanno” mükafatı müxtəlif sahələr üzrə böyük istedad sahibləri, qeyri-adi yaradıcılıq qabiliyyətinə malik şəxslərin fəaliyyətinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu günədək “Scanno”ya layiq görülmüş şəxslər arasında İtaliyanın sabiq baş naziri Romano Prodi, Nobel mükafatçısı Mario Vargas Llosa, məşhur aktyor Mikele Plaçido, dünyanın müxtəlif ölkələrinin ali dövlət mükafatları ilə təltif olunmuş görkəmli şəxslər yer alır. 

Son xəbərlər

Orphus sistemi