İsa Muğannanın ev muzeyinə rəsmi status verilməsi təklif olunub.
"Report" xəbər verir ki, bu təkliflə professor Nizami Cəfərov Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayında çıxış edib.
Onun sözlərinə görə, İsa Muğannanın ev muzeyinin rəsmi statusu yoxdur: "Dünya şöhrətli yazıçımızın yaşadığı həmin evə rəsmi ev muzeyi statusu verilməlidir".