​İran əsilli rus yazıçısı Fazil İsgəndər vəfat edib

​İran əsilli rus yazıçısı Fazil İsgəndər vəfat edib O, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib
Ədəbiyyat
31 İyul , 2016 17:32
​İran əsilli rus yazıçısı Fazil İsgəndər vəfat edib

Bakı. 31 iyul. REPORT.AZ/ XX əsrin ikinci yarısında Rusiya ədəbiyyatının klassiki Fazil İsgəndər 87 yaşında uzun sürət xəstəlikdən sonra dünyasını dəyişib.

"Report" xəbər verir ki, yazıçı "Çeqemdən olan Sandro" romanına görə Nobel mükafatına layiq görülüb.

Onun əsərləri demək olar ki, bütün Avropa dillərinə tərcümə olunub.

Fazil İsgəndər 6 mart 1929-cu ildə Suxumidə əslən iranlı olan keçmiş kərpic zavodu müdirinin ailəsində doğulub. 1938-ci ildə gələcək yazıçının atası SSRİ-dən deportasiya edilib və İsgəndər o vaxtdan atasını bir daha görməyib. Onun təlim-tərbiyəsi ilə Çeqem kəndində abxaz anasının qohumları məşğul olub.

Son xəbərlər

Orphus sistemi