“Əli və Nino” tamaşası Gürcüstanda nümayiş etdiriləcək

“Əli və Nino” tamaşası Gürcüstanda nümayiş etdiriləcək Gürcüstanın İvane Maçabeli adına Tsxinvali Akademik Dram Teatrı martın 12-də “Əli və Nino” tamaşasını onlayn formatda təqdim edəcək.
Ədəbiyyat
9 Mart , 2021 21:53
“Əli və Nino” tamaşası Gürcüstanda nümayiş etdiriləcək

Gürcüstanın İvane Maçabeli adına Tsxinvali Akademik Dram Teatrı martın 12-də “Əli və Nino” tamaşasını onlayn formatda təqdim edəcək.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, baxış üçün virtual biletlər satışa çıxarılıb.

Afişada bildirilib ki, səhnə əsəri ziddiyyətlər daxilində və mürəkkəb siyasi vəziyyət fonunda Qafqazda sevgi hekayəsindən bəhs edir. Tamaşada müxtəlif ölkələrin folklor və klassik musiqilərindən istifadə olunub.

Biletlərin qiyməti 5 lari (2,55 manat) təşkil edir.

Qeyd edək ki, rejissoru Qoça Kapanadze olan səhnə əsərinin premyerası 2018-ci ilin mayın 1-də Tbilisidəki Şota Rustaveli Teatrında olub.

Son xəbərlər

Orphus sistemi