Gəncədə Mir Cəlal Paşayevin 114 illiyi qeyd olunub

Gəncədə Mir Cəlal Paşayevin 114 illiyi qeyd olunub Gəncədə Mir Cəlal Paşayevin anadan olmasının 114 illiyi qeyd olunub. Mir Cəlal Paşayevin ev muzeyində gerçəkləşən tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə həyata keçirilib.
Ədəbiyyat
26 Aprel , 2022 19:12
Gəncədə Mir Cəlal Paşayevin 114 illiyi qeyd olunub

Gəncədə Mir Cəlal Paşayevin anadan olmasının 114 illiyi qeyd olunub. Mir Cəlal Paşayevin ev muzeyində gerçəkləşən tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə həyata keçirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Mir Cəlal Paşayevin ev muzeyinin direktoru İradə Paşayevə, mədəniyyət və ictimaiyyət xadimləri iştirak ediblər.

Tədbirdə çıxış edən natiqlər ədəbiyyatşünas, Əməkdar elm xadimi, filologiya elmləri doktoru Mir Cəlal Paşayevin həyat və yaradıcılığından bəhs ediblər. Bildirilib ki, kamil insan, alim, yazıçı dünyanı təkcə izah etmir, eyni zamanda, onu dəyişdirir, insanların şüuruna, baxışlarına təsir göstərə bilir. Bu mənada Mir Cəlal Paşayevin çoxşaxəli yaradıcılığı nəinki müasirlərinə, özündən sonra gələn nəsillərə də örnəkdir. Təsadüfi deyil ki, bu gün təkcə Azərbaycanda deyil, onun sərhədlərindən kənarda da görkəmli ədibin həyat və yaradıcılığı geniş şəkildə öyrənilir və əsərləri çap olunaraq maraqla oxunur.

Eyni zamanda çıxış edənlər tərəfindən Mir Cəlal Paşayevin ev muzeyinə müxtəlif eksponatlar hədiyyə olunub. Bununla yanaşı, mərasimdə Gəncə Dövlət Filarmoniyasının Göygöl Mahnı və Rəqs ansamblı konsert proqramı ilə çıxış edib.

Qeyd edək ki, ədibin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq Gəncədə Mir Cəlal Paşayev adına muzey, məktəb fəaliyyət göstərir, şəhərin görkəmli və abad küçələrindən birinə onun adı verilib.

Son xəbərlər

Orphus sistemi