Gəncə Dövlət Universitetində AYF-nin nəşr etdiyi kitabların müzakirəsi keçirilib

Gəncə Dövlət Universitetində AYF-nin nəşr etdiyi kitabların müzakirəsi keçirilib Qismət Rüstəmov: "Bu il də yeni kitablar çap ediləcək"
Ədəbiyyat
9 İyun , 2016 16:45
Gəncə Dövlət Universitetində AYF-nin nəşr etdiyi kitabların müzakirəsi keçirilib

Bakı. 9 iyun. REPORT.AZ/ Gəncə Dövlət Universitetində (GDU) Azərbaycan Yaradıcılıq Fondunun çap elədiyi kitablar və Qan Turalının "Fələk qırmancı" romanının müzakirəsi keçirilib.

AYF-nin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, tədbirdə GDU-nun müəllim və tələbə heyəti, oxucular iştirak ediblər.

AYF-nin Aparat rəhbəri Qismət Rüstəmov fondun çap elədiyi kitablar barədə görüş iştirakçılarına geniş məlumat verib: “Bu il də yeni kitablar çap ediləcək. Fondun çap etdiyi kitabların oxuculara çatması və onların yazarlarla birbaşa ünsiyyəti üçün belə tədbirlərin keçirilməsi çox vacibdir və bu cür görüşlər mütəmadi olaraq təşkil ediləcək”.

Yazıçı Qan Turalı "Fələk qırmancı" romanı barədə görüş iştirakçılarına məlumat verib. Tədbir iştirakçıları romanla bağlı müəlliflə öz fikirlərini bölüşüblər. Sonda müəllifin imzalı kitabları və AYF-nin nəşrləri oxuculara paylanıb.

Qeyd edək ki, AYF istedadlı insanlara dəstək məqsədilə “Azərbaycan Yaradıcılıq Fondunun Kitabxanası” seriyası adı ilə Ömər Xəyyamın “Sayrışan hallar”, İkinci Mahmudun “Ümid arısı”, Fəridə Məmmədovanın “Sevgili üçün notlar”, Alik Əlioğlunun “Günəş qalib gəldi”, Ramilə Qurbanlının “33 pərdəli dram”, Qan Turalının “Fələk qırmancı”, Rövşən Asifoğlunun “Qarabağlı Hüseynalı bəy”, Qismətin “Gələcəyin tarixi” kitablarını çap edib.

Son xəbərlər

Orphus sistemi