Fransalı mer: "Biz azərbaycanlı yazarları fransız oxuculara yaxından tanıtmaq üçün çalışacağıq"

Fransalı mer: "Biz azərbaycanlı yazarları fransız oxuculara yaxından tanıtmaq üçün çalışacağıq" Paris. 23 oktyabr. REPORT.AZ/ Fransanın Konyak şəhəri ilə Azərbaycan arasında əlaqələrin əsası uzun illər bundan əvvəl qoyulub. Hazırda bir sıra sahələri əhatə edən əlaqələrimiz uğurla inkişaf edir.
Ədəbiyyat
23 Oktyabr , 2018 14:02
Fransalı mer: Biz azərbaycanlı yazarları fransız oxuculara yaxından tanıtmaq üçün çalışacağıq
0 : 00
0 : 00

Paris. 23 oktyabr. REPORT.AZ/ "Fransanın Konyak şəhəri ilə Azərbaycan arasında əlaqələrin əsası uzun illər bundan əvvəl qoyulub. Hazırda bir sıra sahələri əhatə edən əlaqələrimiz uğurla inkişaf edir". 

Bu fikirləri “Report“un Qərbi Avropa bürosuna açıqlamasında Konyak şəhərinin meri Mişel Qurinşa deyib.

Onun sözlərinə görə, Polar festivalı 20 ildən artıqdır keçirilir və Fransanın müxtəlif bölgələrindən dedektiv əsərlərin müəlliflərini bir araya toplayır: "Azərbaycanın məşhur dedektiv yazıçısı, nasir, publisist, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevin builki festivalımızın qonağımız olması tədbirə orijinallıq qatdı. Biz gələn il keçirilməsi planlaşdırılan XXIV Polar festivalında 201 roman müəllifinin əsəri əsasında çəkilmiş filmlərdən birinin nümayiş olunması təklifini irəli sürmüşük. Çingiz Abdullayevin dünyada 30 milyon kitabı satılıb. Gələnilki festivala digər azərbaycanlı yazıçıları da dəvət etmişik. Biz azərbaycanlı yazarları fransız oxuculara yaxından tanıtmaq üçün çalışacağıq. Konyak şəhəri Azərbaycan mədəniyyətini yaxından öyrənməyə böyük maraq göstərir".

Qeyd edək ki, Konyak şəhərində hər il üç gün davam edən Polar festivalında oxucular dedektiv yazıçılarla görüşmək, imza almaq imkanı qazanırlar. Bu il oktyabrın 19-21-də keçirilən festivalda Azərbaycanın məşhur dedektiv yazıçısı Çingiz Abdullayev fransalı oxucularla görüşüb.

Son xəbərlər

Orphus sistemi