“Forrest Qamp”ın müəllifi vəfat edib

“Forrest Qamp”ın müəllifi vəfat edib “Forrerst Qamp” kitabının müəllifi Vinston Qrum 77 yaşında ABŞ Alabama ştatının Ferhop şəhərində dünyasını dəyişib
Ədəbiyyat
18 Sentyabr , 2020 10:03
“Forrest Qamp”ın müəllifi vəfat edib
Uinston Qrum

“Forrest Qamp” kitabının müəllifi Uinston Qrum ABŞ-ın Alabama ştatının Ferhop şəhərində vəfat edib. 

“Report” xəbər verir ki, bu barədə şəhər meriyası məlumat yayıb. 

O, 77 yaşında dünyasını dəyişib. 

Qeyd edək ki, “Forrest Qamp” kitabı ekranlaşdırılması nəticəsində 1986-cı ildə müəllifin ən populyar əsərinə çevrilib. Film altı dəfə Oskar mükafatına layiq görülüb. Kitabda hadisələr əqli cəhətdən geri qalmış gəncin dilindən söylənilir.

1995-ci ildə U.Qrum kitabın davamı olaraq “Qamp və kompaniya” əsərini yazıb. O, əsərin ekranlaşdırılmasına çalışsa da, baş tutmur. U.Qrum, həmçinin sənədli nəsr janrında bir neçə kitab yazıb.

Son xəbərlər

Orphus sistemi