Elçin Hüseynbəyli: “Ətrafımda səs-küy olmasa, yaza bilmirəm”

Elçin Hüseynbəyli: “Ətrafımda səs-küy olmasa, yaza bilmirəm” Tanınmış yazıçı-dramaturq, publisist Elçin Hüseynbəyli Report Media Məktəbinin tələbələri ilə görüşdə hər bir şəraitdə yaradıcılıqla məşğul olduğunu bildirib.
Ədəbiyyat
29 Mart , 2023 18:48
Elçin Hüseynbəyli: “Ətrafımda səs-küy olmasa, yaza bilmirəm”
Elçin Hüseynbəyli

Tanınmış yazıçı-dramaturq, publisist Elçin Hüseynbəyli Report Media Məktəbinin tələbələri ilə görüşdə hər bir şəraitdə yaradıcılıqla məşğul olduğunu bildirib.

“Hər yazıçıda bir cür olur. Ətrafımda səs-küy olmasa, yaza bilmirəm. Məni yuxu aparır, mütləq səs olmalıdır. Yaradıcılıq üçün xüsusi bir iş qrafiki qurmuram” – E.Hüseynbəyli deyib.

“Report” xəbər verir ki, yazıçı gələcəkdə ədəbiyyatda bir sıra yeniliyin olacağını vurğulayıb:

“Ədəbiyyat özünü hansısa formada əlbəttə saxlayacaq, amma dəyişiklik qaçılmazdır. Yeni nəsil buna artıq hazırdır. Gənclər bütün günü planşetdə “fentezi” filmlərini izləyirlər. Onlara virtual ədəbiyyat vermək lazımdır”.

Elçin Hüseynbəyli (ədəbi təxəllüsü: Qaraçuxa) 1961-ci ildə Cəbrayıl rayonunun Mahmudlu kəndində anadan olub. 1989-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. Uzun müddət dövrü mətbuatda çalışıb, "Ulduz" jurnalının və "Ədəbiyyat qəzeti"nin baş redaktoru olub.

İlk əsəri olan “Rəqs edən oğlan” 2001-ci ildə nəşr edilib. 20-yə yaxın əsərin müəllifi, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin katibidir.

Son xəbərlər

Orphus sistemi