Bakı. 16 sentyabr. REPORT.AZ/ "Burda elə kitablar var ki, adam oğurlayıb qaçmaq istəyir". "Report" xəbər verir ki, bunu baş nazirin müavini
O bildirib ki, kitab bəşəriyyətin ən böyük kəşflərindən biridir: "Bu gün də kitabları görəndə fərəh hissi keçirirəm. Qocaman kitab bütün dövrlərdə öz əhəmiyyətini saxlayır".
E.Əfəndiyevin sözlərinə görə, Azərbaycanda belə sərgilərin keçirilməsi çox vacibdir: "Bu gün kitabların böyük rəqibləri, alternativləri meydana gəlib. İnternet və s. nəzərdə tuturam".
Nazir müavini əvvəlki dövrlərə nisbətən kitaba marağın azaldığını qeyd edib. O bildirib ki, bunun da obyektiv səbəbləri var.