​Ədəbiyyat üzrə Nobel mükafatı Belarus yazıçısına verilib

​Ədəbiyyat üzrə Nobel mükafatı Belarus yazıçısına verilib O, 2013-cü ildə də bu mükafata namizəd göstərilmişdi
Ədəbiyyat
8 Oktyabr , 2015 16:31
​Ədəbiyyat üzrə Nobel mükafatı Belarus yazıçısına verilib

Bakı. 8 oktyabr. REPORT.AZ/ Ədəbiyyat üzrə Nobel mükafatına Belarus yazıçısı Svetlana Aleksiyeviç layiq görülüb.

"Report" xəbər verir ki, laureatların mükafatlandırılması mərasimi dekabrın 10-da Stokholmda Nobel mükafatının təsisçisi Alfred Nobelin (1833-1896) vəfatı günü keçiriləcək. Ənənəyə görə, mükafatlar Alfred Nobelin vəfatı günü təqdim olunur.

Bu il mükafatın məbləği 8 mln. İsveçrə kronuna (972 min ABŞ dolları) bərabər olacaq.

S.Aleksiyeviç 2013-cü ildə "Nobel" mükafatına namizəd göstərilib. Ancaq həmin vaxt mükafata kanadalı yazıçı Elis Manro layiq görülüb. 2014-cü ildə isə bu mükafat fransız yazıçı Patrik Modianoya verilib.

Son xəbərlər

Orphus sistemi