Ədalət Əsgəroğlunun 60 illik yubileyi qeyd olunacaq

Ədalət Əsgəroğlunun 60 illik yubileyi qeyd olunacaq Rəşid Behbudov adına Mahnı Teatrında mərhum şair Ədalət Əsgəroğlunun anım mərasimi keçiriləcək
Ədəbiyyat
27 Dekabr , 2016 16:58
Ədalət Əsgəroğlunun 60 illik yubileyi qeyd olunacaq

Bakı. 27 dekabr. REPORT.AZ/ Rəşid Behbudov adına Mahnı Teatrında mərhum şair Ədalət Əsgəroğlunun anım mərasimi keçiriləcək.

"Report" xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza bildirib. 

Onun sözlərinə görə, AYB və Türkiyə Elm və Ədəbi Əsərlər Sahibləri Birliyinin təşkilatçılığı ilə yanvarın 10-da keçiriləcək tədbir şairin 60 illiyik yubileyinə həsr olunub.

Qeyd edək ki, Ə.Əsgəroğlu 1957-ci ildə Göyçayda anadan olub. Azərbaycan Yazıçılar Birliyində mətbuat katibi vəzifəsində çalışıb.

"Özüm qürbətdə, gözüm vətəndə", "Sabahını itirməyən adamlar", "Məmləkətim canım mənim..." və s. kitabların müəllifidir.

O, 2013-cü ilin sentyabrın 30-da infaktdan dünyasını dəyişib. 

Son xəbərlər

Orphus sistemi