Əbülfəs Qarayev: "Azərbaycanda kitabların qiymətlərinin tənzimlənməsi ilə bağlı təkliflər hazırlanır"

Əbülfəs Qarayev: "Azərbaycanda kitabların qiymətlərinin tənzimlənməsi ilə bağlı təkliflər hazırlanır" Bu gün dünyada kitaba qayıdış tendensiyası baş verir.
Ədəbiyyat
27 Sentyabr , 2019 13:05
Əbülfəs Qarayev: Azərbaycanda kitabların qiymətlərinin tənzimlənməsi ilə bağlı təkliflər hazırlanır
Mədəniyyət naziri Əbülfəs Qarayev / Report / Firi Salim

"Bu gün dünyada kitaba qayıdış tendensiyası baş verir". 

''Report'' xəbər verir ki, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışında jurnalistlərə bildirib. 

Onun sözlərinə görə, Azərbaycanda kitab mağazalarının sayının çoxluğu daha yaxşı olar: "Bu gün sərgidə keçirdiyimiz görüşlərdə kitab satışı ilə məşğul olan şəxslər insanların kitab oxumağa başladığını söylədilər. Mədəniyyət Nazirliyi də yeni layihələr həyata keçirir. Bölgələrimizdə insanların rahat istifadə edə bilməsi üçün parklarda kitab rəfləri qoyulub. Bu da kitab dövriyyəsinə müsbət təsir göstərir. Məsələn, Heydər Əliyev Fondunun dəstəyi ilə açılmış Bakı Kitab Mərkəzi nümunəvi fəaliyyətlə məşğuldur. Hesab edirəm ki, digər şəhərlərdə də belə kitab mərkəzləri açılmalıdır''. 

Ə.Qarayev kitabların qiymətləri ilə bağlı məsələyə də toxunub: "Bununla bağlı təkliflər hazırlanır. Mən demirəm ki, bu təkliflər sabah qəbul olunacaq''.

Son xəbərlər

Orphus sistemi