Dünyaca məşhur yazıçı vəfat edib

Dünyaca məşhur yazıçı vəfat edib Bir çox tarixi və macəra romanlarının müəllifi, Cənubi Afrikadan olan yazıçı Vilbur Smit 88 yaşında Keyptaundakı evində gözlənilmədən vəfat edib.
Ədəbiyyat
239
14 Noyabr , 2021 04:20
Dünyaca məşhur yazıçı vəfat edib

Bir çox tarixi və macəra romanlarının müəllifi, Cənubi Afrikadan olan yazıçı Vilbur Smit 88 yaşında Keyptaundakı evində gözlənilmədən vəfat edib.

“Report” xəbər verir ki, bu barədə Vilbur Smitin rəsmi saytında məlumat verilib.

Yazıçının ilk uğuru 1964-cü ildə nəşr olunan və Kortni ailəsinin həyatından bəhs edən silsilə kitabların yaranmasına səbəb olan romanı (When the Lion Feeds) olub. Sonrakı illərdə onun otuz dilə tərcümə edilmiş romanlarının 140 milyon nüsxədən çoxu bütün dünyada satılıb.

V. Smit 9 yanvar 1933-cü ildə Şimali Rodeziyada (Zambiya - Red) İngiltərədən gələn mühacir ailəsində anadan olub. O, adını Rayt qardaşlarının ən böyüyü Uilbur Raytın şərəfinə alıb.

Son xəbərlər

Orphus sistemi