“Danabaş kəndinin əhvalatları” kitabı türk dilində çapdan çıxıb

“Danabaş kəndinin əhvalatları” kitabı türk dilində çapdan çıxıb Kitabı türk dilinə Azərbaycan əsilli, tanınmış şair-yazıçı Yurtseven Şen çevirib
Ədəbiyyat
13 Dekabr , 2016 17:13
“Danabaş kəndinin əhvalatları” kitabı türk dilində çapdan çıxıb

Bakı. 13 dekabr.REPORT.AZ/ Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” kitabının türk dilinə tərcümə olunmuş variantı çapdan çıxıb. 

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan kitabının tanıdılması və dünyəviləşdirilməsi məqsədilə 2016-cı ildən etibarən Mədəniyyət və Turizm Nazirliyinin “Azərbaycan Kitabının Dünyada Tanıdılması” (AKDT) layihəsinə başlanılıb. Layihə çərçivəsində Türkiyədə fəaliyyət göstərən “Sevinç Fırat Zengin Yayıncılık” nəşriyyatı ilə əldə olunan razılığa əsasən, ilkin mərhələdə seçmə Azərbaycan ədəbiyyatı nümunələrinin tərcüməsi, çapı və Türkiyədə yayılması işi həyata keçirilir. 

Layihə üzrə Yusuf Vezir Çemenzeminli “Kan içinde. İki ateş arasında” romanının ardınca C.Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” (“Danabaş köyünün hikayeleri”) kitabı çapdan çıxıb. Kitablar rəğbətlə qarşılanıb.

Qeyd olunub ki, kitabı türk dilinə Azərbaycan əsilli, tanınmış şair-yazıçı Yurtseven Şen çevirib.

Son xəbərlər

Orphus sistemi