Corc Martin "Taxt-tac oyunları"na davam edəcəyinə söz verib

Corc Martin "Taxt-tac oyunları"na davam edəcəyinə söz verib Bakı. 13 dekabr. REPORT.AZ/ Amerikalı yazar və kinorejissor Corc Martin Taxt-tac oyunları serialına əsaslanan Buz və Alovun Mahnısı adlı kitabını bitirəcəyini vəd edib.
Ədəbiyyat
13 Dekabr , 2018 13:46
Corc Martin Taxt-tac oyunlarına davam edəcəyinə söz verib

Bakı. 13 dekabr. REPORT.AZ/ Amerikalı yazar və kinorejissor Corc Martin "Taxt-tac oyunları" serialına əsaslanan "Buz və Alovun Mahnısı" adlı kitabını bitirəcəyini vəd edib.

“Report” Rusiya KİV-ə istiandən xəbər verir ki, yazıçı bu barədə öz bloqunda yazıb.

“Oxumaqdan zövq alın. Mən yalnızlığın qalasına və Vesterosa geri döndüm. Sabah olmayacaq, gələn həftə olmayacaq, ancaq siz nəhayətində "Buz və Alovun Mahnısı"nı alacaqsınız. Yaxınlaşan tək şey qış deyil”, - deyə o qeyd edib.

C.Martin "Taxt-tac oyunları" serialının son mövsümünün tezliklə ekranda olacağını və serial üçün “prequel” (filmdən əvvəlki hadisələri ehtiva edən film) hazırladığını da sözlərinə əlavə edib.

Qeyd edək ki, "Taxt-tac oyunları" serialı 2011-ci ildən etibarən yayımlanmağa başlayıb, bu müddət ərzində layihə 38 “Emmi” mükafatına layiq görülüb.

Serialın son səkkizinci mövsümünün 2019-cu ilin aprel ayına buraxılması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi