Britaniyalı yazıçı Martin Emis vəfat edib

Britaniyalı yazıçı Martin Emis vəfat edib Britaniyalı yazıçı və ədəbiyyatşünas Martin Emis cümə günü 73 yaşında qida borusu xərçəngindən vəfat edib.
Ədəbiyyat
21 May , 2023 01:12
Britaniyalı yazıçı Martin Emis vəfat edib

Britaniyalı yazıçı və ədəbiyyatşünas Martin Emis cümə günü 73 yaşında qida borusu xərçəngindən vəfat edib.

“Report” xəbər verir ki, bu barədə Sky News kanalı onun həyat yoldaşı, yazıçı İzabel Fonsekanın bəyanatına istinadən məlumat verib.

Yazıçı Florida ştatının Leyk-Uort şəhərindəki evində dünyasını dəyişib.

Martin Emis 25 avqust 1949-cu ildə Buker mükafatı laureatı yazıçı və ədəbiyyatşünas Kinqsli Emisin oğlu olaraq anadan olub. Martin Luis Emis özünün qeyri-adi yazı metodu və kəskin, acı yumorla zəngin olan əsərlərinin köməkliyi ilə müasir dünya ədəbiyyatının mərkəzi fiqurlarından biri olmağı bacarıb.

2008-ci ildə “The Times” qəzeti Martin Emisi əsərlərinə görə 1945-ci ildən sonrakı Britaniya ədəbiyyatının əlli ən yaxşı yazıçılarından biri adlandırıb. Martinin əsərlərinin ana xəttində Qərb cəmiyyətində mövcud olan kapitalizmin ifratçılığının tənqidi dayanır və yazıçı bu problemi qrotesklə ifadə olunmuş karikaturalala əsərlərində ifadə edir.

Məhz bu ifadə tərzinə görə “The New York Times” onu “yeni anlaşılmazlıq” anlayışının ustası adlandırır. Sol Bellou, Vladimir Nobakov və Ceyms Coys eləcə də öz atası Kinqsley Emisdən ilhamlanan Martin Emis, həmçinin XX əsrin sonu XXI əsrin əvvəllərində yaradıcılığa başlamış Uill Self , Zadie Smiz kimi yazıçılar daxil olmaqla bir çox istedadlı Britaniya yazıçılarının yaradıcılıqlarına öz təsirini göstərib.

İngilis postmodernist yazıçısı Martin Emisin ən məşhur əsərlərinə gəldikdə isə “London sahələri” (1989) (London Fields), “Pul-bir intihar məktubu” (1984) (Money- a suicide note) və “Məlumat”(1995) (The Iformation) əsərlərinin adını çəkmək mütləqdir. Bu üç əsər bir qayda olaraq “London Trilogiyası” kimi də dəyərləndirilir.

Son xəbərlər

Orphus sistemi