Yuxarı

Bob Dilana Nobel mükafatı gələn ilin martında təqdim edilə bilər

İsveç Kral Elmlər Akademiyası yanında Nobel Mükafatı Komitəsi bununla bağlı qərar qəbul edəcək

Bakı. 6 dekabr. REPORT.AZ/ Amerikalı musiqiçi Bob Dilana Nobel mükafatı gələn ilin martında təqdim edilə bilər. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə İsveç Kral Elmlər Akademiyası yanında Nobel Mükafatı Komitəsinin rəhbəri Lars Heikensten məlumat verib.  

Onun sözlərinə görə, B.Dilan gələn ilin martında İsveçdə konsert proqramı ilə çıxış edəcək: "Biz də cari il dekabrın 10-da Nobel mükafatını Stokholma gələrək ala bilməyəcəyindən Bob Dilan üçün gələn ilin martında xüsusi mərasimlə təqdim etməyi düşünürük. Konsertdən əvvəl, yaxud sonra Bob Dilan üçün xüsusi tədbir təşkil edə və mükafatı orada verə bilərik. Nobel Mükafatı Komitəsi olaraq bu mövzuda yekun qərarı verməmişik, ancaq belə bir fikrimiz var. Qarşıdakı günlərdə bununla bağlı qərar verəcəyik".

L.Heikensten xatırladıb ki, B.Dilan mərasimdə iştirak etməyəcək ilk mükafatçı deyil: "2014-cü ildə Ədəbiyyat üzrə Nobel mükafatını qazanan Doris Lessing sağlıq durumu ilə bağlı mərasimə gələ bilməyib. Həmçinin yazıçı Harold Pinter ilə Elfriede Jelinek də müxtəlif səbəblərdən mükafatlandırma mərasimində iştirak etməyib". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi