Yuxarı
    Bağlamaq

    Bill Qeyts 2018-ci ildə oxuduğu ən yaxşı 5 kitabın adını açıqlayıb

    Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-ın "Microsoft" şirkətinin təsisçisi Bill Qeyts başa çatmaqda olan 2018-ci ilin ən yaxşı hesab etdiyi beş kitabının adını paylaşıb.

    “Report” TASS-a istinadən xəbər verir ki, o bu barədə öz bloqunda yazıb.

    "Bu il mənim kitab siyahım qarışıqdır – təcrübi meditasiya dərsliyindən tutmuş muxtar silahlara dərin dalmaya qədər…", - deyə Qeyts yazıb.

    Milyarder öz bloqunda yazıçı Tara Vestoverin "Educated" ("Şagird qız"), Pol Şarrenin "Army Of None" ("Yiyəsiz ordu"), Con Karreyronun "Bad Blood" ("Pis qan"), Yuvay Noy Hararinin "21 Lessons For The 21st Century" ("XXI əsr üçün 21 dərs") və Endi Paddikombun "The Headspace Guide to Meditation and Mindfulness" ("Meditasiya və özünü dərk") kitablarını oxumağı tövsiyə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi