Beynəlxalq kitab yarmarkasında Azərbaycan kitabları da nümayiş olunur

Beynəlxalq kitab yarmarkasında Azərbaycan kitabları da nümayiş olunur Rusiyanın paytaxtında 34-cü Moskva Beynəlxalq Kitab Yarmarkası açılıb.
Ədəbiyyat
164
24 Sentyabr , 2021 20:08
Beynəlxalq kitab yarmarkasında Azərbaycan kitabları da nümayiş olunur

Rusiyanın paytaxtında 34-cü Moskva Beynəlxalq Kitab Yarmarkası açılıb.

“Report”un yerli bürosu xəbər verir ki, tədbirdə Azərbaycan stendi də fəaliyyətə göstərir.

Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Maarifli stenddə tarix, mədəniyyət, ədəbiyat, coğrafiya kimi sahələrə aid son vaxtlar nəşr olunmuş kitabların təqdim olunduğunu bildirib: “Bu kimi tədbirlərdə iştirak etmək həm təcrübə qazanmaq, həm də ölkəmizi beynəlxalq aləmdə tanıtmaq baxımdan əhəmiyyətlidir. Bu il Azərbaycan Prezidenti tərəfindən "Nizami İli" elan olunub, bununla bağlı da o dahi şəxsiyyətimizin fəaliyyətini daha geniş tanıtmaq məqsədilə çoxlu sayda tədbirlər keçirilir”.

Nazirlik rəsmisi yarmarkada Qarabağla bağlı kitabların nümayiş olunması ilə 44 günlük Vətən müharibəsində qazandığımız qələbəni də daha geniş tanıtmaq, bu hadisələrin tarixi əhəmiyyətini diqqətə çatdırmaq baxımdan da əlverişli olduğunu dilə gətirib.

Müxtəlif ölkələri təmsil edən 200-dən artıq nəşriyyatın ən müxtəlif növ və sahələrə aid kitabları nümayişə çıxartdığı bu yarmarkada 4 gün ərzində 300-dən artıq müxtəlif tədbir, o cümlədən tanınmış yazıçılarla görüşlər, kitab təqdimatları, açıq müzakirələr, ustad dərsləri keçiriləcək.

Yarmarka ayın 27-dək fəaliyyət göstərəcək.

Son xəbərlər

Orphus sistemi