"Bakı Metropoliteni" QSC növbəti sosial aksiyaya start verib

"Bakı Metropoliteni" QSC növbəti sosial aksiyaya start verib Fotoçəkilişə yalnız metro vaqonlarında icazə verilir
Ədəbiyyat
31 Yanvar , 2018 01:32
Bakı Metropoliteni QSC növbəti sosial aksiyaya start verib

Bakı. 31 yanvar. REPORT.AZ/ "Bakı Metropoliteni" QSC “Metroda oxu” adlı növbəti sosial aksiya keçirir.

Bu barədə "Report"a qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, aksiyanın məqsədi mütaliənin faydası və onun daha geniş təbliğinin təşkilinə dəstək olmaqdır.

"Bizə çox maraqlıdır, siz - bizim sərnişinlərimiz, hansı kitabları oxuyursunuz, ətrafdakıların buna reaksiyası necədir, elektron, yoxsa adi kitablara üstünlük verirsiniz?! Aksiyada iştirak etmək üçün metroda oxuduğunuz kitabla selfi və ya kitab oxuyan sərnişinlərin maraqlı fotosunu çəkib onu #metrodaoxu heşteqi ilə facebook səhifənizdə paylaşmaq lazımdır. Fotoya kitabın adı və ya onun haqqında fikirlərinizi qısa şərh şəklində əlavə edə bilərsiniz", – deyə N.Paşayev qeyd edib.

Qurum sözçüsü ən yaxşı foto sahibinin mükafatlandırılacağını da vurğulayıb: "Bakı Metropoliteni" QSC "Əli və Nino" mağazalar şəbəkəsi ilə birlikdə həftə ərzində paylaşılan bütün fotoları dəyərləndirib, qalibi seçərək rəsmi səhifəsində paylaşacaq və statusun müəllifinə 20 manat nominalında kupon hədiyyə edəcək. Bu kuponla "Əli və Nino" kitab mağazaları şəbəkəsindən kitab almaq olar".

Qeyd edək ki, "Metroda oxu" adlı sosial-aksiya mayın 1-ə kimi davam edəcək. Fotoçəkilişə yalnız metro vaqonlarında icazə verilir.

Son xəbərlər

Orphus sistemi