Yuxarı

Azərbaycanlı yazıçının kitabı İranda nəşr olunub

Roman may ayında Tehranda keçiriləcək ənənəvi beynəlxalq kitab sərgisində nümayiş etdiriləcək

Bakı. 24 aprel. REPORT.AZ/ Azərbaycanlı yazıçı Pərviz Cəbrayılın "Yad dildə" romanı İranda işıq üzü görüb. "Report"un məlumatına görə, roman Təbrizin "Yaran" nəşriyyatında 1000 tirajla çap edilib.

İranda yaşayan şair-tərcüməçi Əhəd Fərəhməndinin şəxsi təşəbbüsü ilə çapa hazırlanan və nəşriyyatın hesabına çap olunan romanın redaktoru şair-tərcüməçi Nigar Xiyavi olub.

"Yad dildə" romanı may ayında Tehranda keçiriləcək ənənəvi beynəlxalq kitab sərgisində nümayiş etdiriləcək.

Xatırladaq ki, bundan öncə P.Cəbrayılın "Hər sabah yaşam" kitabı İranda fars dilində nəşr edilib.

Yazıçının "Yad dildə” romanı 2010-cu ildə "Nəsimi" Kitab Müsabiqəsinin, 2011-ci ildə isə Milli Kitab Mükafatının qalibi olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi