Yuxarı

Azərbaycanlı yazıçı Türkiyədə tələbələrlə görüşüb

Əzimə Ağalarovanın Yıpranmış hayallerin peşinde kitabının təqdimatı olub

Bakı. 29 noyabr. REPORT.AZ/ İstanbulda, Mərmərə Universitetində azərbaycanlı yazıçı Əzimə Ağalarovanın türkiyəli tələbələrlə görüşü keçirilib.

"Report" xəbər verir ki, noyabrın 28-də İstanbul Azərbaycan Kültür Evinin təşkilatçılığı ilə baş tutan tədbirdə ali təhsil müəssisəsinin müəllim və tələbə heyəti, o cümlədən İstanbulda yaşayan azərbaycanlılar iştirak ediblər.

İstanbul Azərbaycan Kültür Evinin başqanı Hikmət Elp bildirib ki, "Yıpranmış hayallerin peşinde" adlı kitabı çap etməkdə məqsədləri Azərbaycan ədəbiyyatını Türkiyə oxucusuna tanıtmaq, ədəbiyyatımızın bilinməyən dərin qatları barədə vətəndaşları məlumatlandırmaqdır.

Yazıçı Əzimə Ağalarova isə kitabı yazmasının səbəblərindən söz açıb: “İllərdir ürəyimdə yığılıb qalmış bir nisgilim vardı. Biz millət olaraq 1980-ci illərdə, mənim gənclik dövrümdə Türkiyəyə aşiq idik. Bu elə bir sevgi idi ki, onu izah etmək mümkünsüzdür. Mən bu əsərdə də tam izah etdiyimi düşünmürəm...”

Tədbirdə İstanbul Azərbaycan Kültür Evi İdarə Heyətinin üzvü Gökmen Kılıçoğlu, İAKE-nin başqan yardımçısı Hülya Ağasoy, rejissor, aktyor Elçin İmanov da çıxış edərək kitab haqqında fikirlərini bölüşüblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi