Yuxarı
    Bağlamaq

    “Azərbaycanın tarixi silahları” kitabının təqdimatı keçirilib

    Kitabda son 500 il ərzində Azərbaycan ərazisində istifadə olunan silahlar tədqiq edilib

    Bakı. 15 dekabr. REPORT.AZ/ M.F.Axundzadə adına Milli Kitabxanada dekabrın 15-də rus dilində dərc olunan “Историческое оружие Азербайджана” (“Azərbaycanın tarixi silahları”) kitab-albomunun təqdimatı keçirilib.

    Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Bildirilib ki, təqdimatda çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev kitabda son 500 il ərzində Azərbaycan ərazisində istifadə olunan silahların tədqiq edilib, istifadə qaydaları haqqında məlumatın və şəkillərinin yer alğını diqqətə çatdırıb.

    O qeyd edib ki, müəlliflər-müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, Azad Məmmədov, Fuad Cavadov və Adil Minbaşı kitabın ərsəyə gəlməsində böyük xidmət göstəriblər: “İnanıram ki, kitab yaxın vaxtlarda Azərbaycan dilinə də tərcümə olunacaq və xalqımızın tarixi səhifəsində öz layiqli yerini tutacaq”.

    Nəşrin müəlliflərindən Adil Minbaşı kitabın rus dilində işıq üzü görməsini Azərbaycan silahlarının daha geniş miqyasda tanıdılması baxımından xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

    Qeyd olunub ki, kitabın rəyçiləri, Milli Məclisin deputatları, akademik Rafael Hüseynov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov, tarix üzrə fəlsəfə doktorları Cabir Əhməd, Tufan Axundov və Xaləddin Xəlilidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi