Yuxarı

Azərbaycan Yazıçılar Birliyində yeni komissiyalar yaradılıb

Bunlar Mikayıl Müşfiq, Vəkilovlar, Xaqani və Füzuli komissiyalarıdır

Bakı. 24 iyun. REPORT.AZ/ Azərbaycan Yazıçılar Birliyinin (AYB) Katibliyi yeni komissiyaların yaradılması ilə bağlı qərar qəbul edib.

Bu barədə "Report"a AYB-nin mətbuat katibi Xəyal Rza məlumat verib.

Məlumata görə, qərarla AYB komissiyalarının sayı artılı. Komissiyalar müxtəlif bölglərdə ilin müxtəlif vaxtlarında poeziya günlərinin təşkil edilməsində mühüm rol oynayacaq. Yeni yaradılanlar Mikayıl Müşfiq, Vəkilovlar, Xaqani və Füzuli komissiyalarıdır".

Vəkilovlar Komissiyası Azərbaycanın görkəmli imzaları - Səməd Vurğun, Yusif Səmədoğlu və Vaqif Səmədoğlunun adını daşıyacaq. Vəkilovlar Komissiyasının sədri deputat, professor Nizami Cəfərov seçilib. Klassik ədəbiyyatımzın görkəmli nümayəndələri Əfzələddin Xaqaninin adını daşıyan Xaqani Komissiyasına yazıçı Elçin Hüseynbəyli, Məhəmməd Füzulinin adını daşıyan Füzuli Komissiyasına isə deputat, yazıçı Aqil Abbas sədrlik edəcək. AYB nakam və unudulmaz şairimiz Mikayıl Müşfiqi də unutmayıb. Komissiyaya şair, publisist Xəyal Rza sədr seçilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi