Azərbaycan Turin beynəlxalq kitab sərgisində təmsil olunacaq

Azərbaycan Turin beynəlxalq kitab sərgisində təmsil olunacaq Tədbirdə yerli və xarici olmaqla, 1 100 təşkilat iştirak edəcək
Ədəbiyyat
10 May , 2016 16:57
Azərbaycan Turin beynəlxalq kitab sərgisində təmsil olunacaq

Bakı. 10 may. REPORT.AZ/ Mayın 12-dən 16-dək İtaliyanın Turin şəhərində 29-cu Turin Beynəlxalq Kitab Sərgisi keçiriləcək.

“Report” xəbər verir ki, sərgidə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti təmsil edəcək.

İtaliyanın ən böyük kitab sərgisində iştirak etməkdə məqsəd Azərbaycanın kitab sənətinin, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin, turizm imkanlarının və nəşriyyat-poliqrafiya sahəsinin təbliğ olunması, nəşriyyat sahəsində xarici tərəfdaşlarla əlaqələrin qurulması və yeni əməkdaşlıqların yaradılmasıdır. Tədbirdə yerli və xarici olmaqla, 1 100 təşkilat iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan ötən ildən Turin Beynəlxalq Kitab Sərgisində təmsil olunur. 

Son xəbərlər

Orphus sistemi